İranın daha bir gəmisi Hörmüz boğazını keçdi
ABŞ tərəfindən tətbiq edilən dəniz blokadasına rəğmən, İrana aid daha bir gəmi Hörmüz boğazını keçməyi bacarıb.
Xeber.ge xəbər verir ki, bu barədə məlumatı İranın "Fars" xəbər agentliyi yayımlayıb.
"İranın ikinci gəmisi Hörmüz boğazını arxada qoyaraq "İmam Xamenei" limanına istiqamət alıb", - deyə açıqlamada qeyd olunub. Agentlik əlavə edir ki, sözügedən dəniz nəqliyyatı vasitəsi ərzaq məhsulları daşıyır.
Xatırladaq ki, bundan əvvəl sanksiya altında olan İranın supertankeri Hörmüz boğazını keçərək ölkənin ərazi sularına daxil olub. Qeyd olunub ki, gəmi yerləşməni müəyyən edən identifikasiya sistemi açıq vəziyyətdə hərəkət edib. Məlumata görə, həmin tanker eyni vaxtda iki milyon barel xam neft daşıma qabiliyyətinə malikdir.
mənbə: oxu.az