Tbilisi meri: tramvay layihəsi reallaşdırılacaq
Tbilisi meriyasının tramvay layihəsini həyata keçirmək planları barədə xəbər sentyabr ayında, yerli özünüidarəetmə orqanlarına seçkilər ərəfəsində məlum olmuşdu.
Tbilisidə tramvay layihəsinin həyata keçirilməsinin baş tutmaması ilə bağlı yayılan məlumat yalandır, paytaxtın meri Kaxa Kaladze bildirib.
Xeber.ge xeber verir ki,
“Cəmiyyəti aldatdığımız və guya tramvay layihəsinin həyata keçirilməyəcəyi barədə çoxlu yalan və böhtan yayılır. Bu, yalandır”, – Kaladze şəhər hökumətinin iclasında deyib.
Onun sözlərinə görə, qalib şirkət 2026-cı ilin yanvar ayının sonunda elan ediləcək. “Tender elan olunub. Çox tezliklə, yanvarın sonunda tramvay layihəsi üzrə qalib şirkətimiz olacaq və o, layihənin icrasına başlayacaq”, – deyə Kaladze qeyd edib.