Təklif gəldi: Rusiyaya savaş elan edin...

Oct 10, 2025 - 12:21
 0  156
Təklif gəldi: Rusiyaya savaş elan edin...

2022-ci ildə Ukraynada hərbi əməliyyatlar başlayandan sonra Qərb ölkələrindən birinin səfiri Gürcüstana Rusiya ilə müharibəyə başlamağı, 10 gün dözməyi, sonra partizan müharibəsinə keçməyi təklif etmişdi.

Bu barədə jurnalistlərə hakim “Gürcü arzusu – Demokratik Gürcüstan” partiyasının baş katibi, Tiflis meri Kaxa Kaladze deyib.

"Qərb ölkəsinin səfiri ölkənin baş naziri ilə görüşüb deyir ki, sən müharibəni başla, səni hərbi texnika ilə təmin edəcəklər. Əsas odur ki, 10 gün dözüb, partizan müharibəsinə keçin", - Kaladze bildirib.

Kaladze həmin ölkənin adını qeyd etməyib.

mənbə: axar