Stomatoloji klinikalar üçün yeni öhdəliyin icrası mart ayına qədər təxirə salınıb
Stomatoloji klinikalar üçün yeni öhdəliyin icrası mart ayına qədər təxirə salınıb.Xüsusilə, stomatoloqların fasiləsiz tibb təhsili sisteminə daxil edilməsi və təlimlərə davamiyyəti nəzərdə tutan dəyişiklik yanvarın 1-nə deyil, martın 1-nə təxirə salınıb.
Bu barədə Gürcüstan hökumətinin dekabrın 30-da qəbul etdiyi qərarda qeyd olunub.
Bildirilir ki, Stomatoloji klinikalar “USQ” adlanan ballar ilə bağlı martın 1-dən yoxlanılacaq.
“Müəssisənin/bölmənin bütün tibb mütəxəssisləri fəaliyyət profilinə uyğun olaraq fasiləsiz tibb təhsili sistemində, habelə fövqəladə halların (o cümlədən allergik reaksiyalar nəticəsində yaranan) idarə edilməsində iştirak etməli və hər il ən azı 20 USQ balı toplamalıdırlar.
2024-cü ildə alınan ballar 2025-ci il martın 1-dən yoxlanılacaq. 2025-ci il martın 1-dək 2024-cü ildə alınacaq balları doldurmaq mümkündür, lakin qeyd olunan ballar 2025-ci ildə alınacaq balların ümumi sayına daxil edilməyəcək”, -Gürcüstan hökumətinin dekabrın 30-da qəbul etdiyi qərarda deyilir.
mənbə: interpress