Şirkət direktorunu 28 min lari aldadaraq ələ keçirən şəxs saxlanılıb

Sep 12, 2026 - 12:35
 0  20
Şirkət direktorunu 28 min lari aldadaraq ələ keçirən şəxs saxlanılıb
: :
playing

Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, Tbilisi Polis Departamentinin İstintaq Baş İdarəsinin Dələduzluğa qarşı mübarizə idarəsinin və Detektivlər baş idarəsinin əməkdaşları külli miqdarda pulu dələduzluq yolu ilə ələ keçirmək ittihamı ilə xarici ölkə vətəndaşını saxlayıblar.

XEBER.GE xeber  verir ki, qurumun məlumatına görə, iş üzrə kompleks şəkildə həyata keçirilmiş istintaq hərəkətləri nəticəsində müəyyən edilib ki, təqsirləndirilən şəxs külli miqdarda pulu aldatma yolu ilə ələ keçirmək məqsədilə şirkətlərdən birinin direktoruna xaricdən metal kompozit panellər gətirəcəyini vəd edib. Bunun müqabilində isə o, aldatma yolu ilə təxminən 28 000 lari köçürtdürüb, lakin verdiyi vədi yerinə yetirməyib və qeyd olunan pulu qanunsuz olaraq mənimsəyib.

Həyata keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi hakim qətnaməsi əsasında Tbilisidə saxlayıblar.

İstintaq Cinayət Məcəlləsinin 9 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutan 180-ci maddəsinin 3-cü hissəsi ilə aparılır.