Siğnağidə 1337 ədəd çətənə kolu əkilib, 5 nəfər saxlanılıb

Prokurorluğun məlumatına görə, Siğnaği bələdiyyəsinin Vaqiri kəndində 1337 ədəd çətənə əkən 5 nəfər saxlanılıb.
Bildirilir ki, onların yetişdirdiyi çətənə ümumilikdə 143 kiloqram 414 qram narkotik maddə tərkibli olub.
Bundan əlavə, təqsirləndirilən şəxslərdən birinin evindən narkotik vasitəni qurutmaq üçün qurğu, tərəzi və 3326 qram quru marixuana götürülüb. Digər bir saxlanılanın mənzilində aparılan axtarış zamanı isə tərəzi və qablaşdırılmış marixuana aşkarlanıb.
Prokurorluq beş nəfərin hamısına xüsusilə böyük miqdarda narkotik maddə tərkibli bitkinin qanunsuz əkilməsi, yetişdirilməsi və kultivasiyası maddəsi ilə ittiham irəli sürüb. Onlardan ikisinə əlavə olaraq narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması və satışına yardım maddəsi ilə də ittiham elan olunub.
İttiham sübuta yetiriləcəyi təqdirdə, hər birini 20 ilədək və ya ömürlük həbs cəzası gözləyir.
mənbə: marneulifm