SEPAH ABŞ-ın Omandakı radar sistemlərinə zərbələr endirib
İran ABŞ-ın Omandakı hava və dəniz nəzarət radarlarına hücum edib.
XEBER.GE xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) məlumat yayıb.
Məlumatda bildirilib ki, İrana hücumlara cavab əməliyyatlarının davamı olaraq bu gün səhər saatlarından etibarən SEPAH-ın Hərbi Dəniz Qüvvələri ABŞ-ın Omanın Salama qayalarında yerləşən dəniz nəzarət radarını və Qanam bölgəsində hava nəzarət radarını hədəfə alaraq məhv edib.
Eyni zamanda, İranın cavab əməliyyatlarının qətiyyətlə davam etdiyi və Hörmüz boğazına nəzarətin SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin əlində olduğu vurğulanıb.