Saakaşvili həbsxanada tanınmaz hala düşdü: Yeni imici diqqət çəkdi
Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili həbsxanada imicini dəyişib.
Bu barədə “Abzas” "Telegram" kanalı məlumat yayıb.
Yayılan fotoda sabiq dövlət başçısı ağ rəngli, üzərində qırmızı naxışlar olan köynəkdə görünür. Bundan əlavə, Saakaşvili başında “çub” saxlayaraq imicini tamamilə dəyişib. O, bu formada növbəti məhkəmə iclasına qatılıb.
Qeyd edək ki, Mixail Saakaşvili 2004-2013-cü illərdə Gürcüstan prezidenti olub. Daha sonra 2015-ci ildə Ukraynanın Odessa vilayətinin qubernatoru təyin olunub.
mənbə: publika