Gürcüstan avropalı turistləri itirir

Jan 17, 2026 - 14:06
 0  47
Gürcüstan avropalı turistləri itirir

Gürcüstanın Milli Turizm Administrasiyası 2025-ci ilin yekunlarına dair statistikanı açıqlayıb. Hesabatda Gürcüstanın Avropa turizm bazarındakı mövqelərinin zəiflədiyi müşahidə olunur.

Xeber.ge xeber  verir ki, 2025-ci il ərzində Gürcüstana 7,8 milyon beynəlxalq səyahətçi gəlib ki, bu da 2024-cü illə müqayisədə 5,9% artım deməkdir. Bu səfərlərdən 5,5 milyonu birbaşa turistik vizitlər olub (illik 8,4% artım).

Əsas donor ölkələr və statistika:

2025-ci ildə Gürcüstana ən çox ziyarətçi Rusiya Federasiyasından gəlib. Bu ölkədən gələnlərin sayı əvvəlki illə müqayisədə 11% artaraq 1,57 milyon nəfər təşkil edib. Siyahıda sonrakı yerləri Türkiyə (1,24 milyon vizit, 6,6% azalma) və Ermənistan (948 min vizit, sabit) tutur. İlk onluğa həmçinin İsrail, Azərbaycan, Qazaxıstan və Belarus daxildir.

Avropa İttifaqı (Aİ) bazarında geriləmə:

Milli Turizm Administrasiyasının məlumatına görə, ötən il Aİ ölkələrindən cəmi yarım milyon vizit qeydə alınıb. Diqqətçəkən məqam odur ki, Gürcüstan turizminin "Top-10" reytinqinə Aİ-nin heç bir ölkəsi daxil ola bilməyib. Müqayisə üçün qeyd edək ki, pandemiya öncəsi dövrdə (2019-cu il) Aİ ölkələri ilk onluqda yer alırdı.

Aİ ölkələri arasında ən yüksək göstərici Almaniyanın payına düşür (84 min vizit). Lakin bu rəqəmlə Almaniya ümumi reytinqdə yalnız 13-cü yerdə qərarlaşıb.