Şəxsi həyatın sirrinin pozulması faktı ilə bağlı bir nəfər saxlanılıb
Gürcüstan Prokurorluğunun yaydığı məlumata görə, şəxsi həyatın sirrinin pozulması faktı ilə bağlı bir nəfər saxlanılıb.
XEBER.GE xeber verir ki, istintaq qurumunun bildirdiyinə görə, təqsirləndirilən şəxs sosial şəbəkədən istifadə etməklə azyaşlı zərərçəkənin şəxsi həyatının sirrini əks etdirən videoçəkilişi qanunsuz olaraq əldə edib və saxlayıb. O, həmin videonu yaymaq hədəsi ilə videozənglə danışarkən zərərçəkəndən çılpaq bədənini göstərməyi tələb edib.
Saxlanılan şəxsə Gürcüstan Cinayət Məcəlləsinin 157-ci prim maddəsinin birinci hissəsi (şəxsi həyat sirrinin qanunsuz əldə edilməsi, saxlanılması və istifadə olunması) ilə ittiham irəli sürüləcək ki, bu da cəza qismində 7 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutur.
Prokurorluq təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri olaraq həbs-qətimkan tədbirinin seçilməsi barədə vəsatətlə məhkəməyə qanunla müəyyən edilmiş müddətdə müraciət edəcək.