Sərnişin təyyarəsi helikopterlə toqquşub çaya düşdü- VİDEO

Jan 30, 2025 - 11:26
 0  78

Vaşinqtonda Reyqan hava limanı yaxınlığında “Bombardier” sərnişin təyyarəsi ilə “Sikorsky” helikopteri havada toqquşub.

Xeber.ge xəbər verir ki, bu barədə ABŞ hərbi hava qüvvələri administrasiyası məlumat yayıb.

Qəzaya uğrayan təyyarə Kanzas ştatının Viçita şəhərindən uçuş həyata keçirirdi. Qəzadan sonra təyyarə hava limanı yanında Potomak çayına düşüb.

“American Airlines” qəzaya uğrayan təyyarənin göyərtəsində 60 sərnişin və 4 ekipaj üzvünün olduğunu açıqlayıb.

Mətbuat yazır ki, polis çaydan bir neçə cəsədi çıxarıb. Dörd nəfər isə xilas edilib.

Qəzaya görə hava limanı fəaliyyətini müvəqqəti dayandırıb.

Artıq ABŞ prezidenti Donald Tramp qəza ilə bağlı məlumatlandırılıb.

CNN-in məlumatına görə, sərnişin təyyarəsi ilə toqquşan Sikorsky H-60 ​​helikopteri ABŞ ordusuna məxsusdur.

mənbə: publika.az