Əti əvəz edəcək göbələk yaradıldı
Çinli alimlər ətin yerini tuta biləcək göbələk yaradıblar.
Xeber.ge xeber verir ki,
Ətin dadına və teksturasına malik bu bitki Böyük Britaniya, Çin və ABŞ də daxil olmaqla, bir çox ölkədə insanların istehlakı üçün təsdiqlənib.
Ənənəvi göbələyin sıx hüceyrə quruluşuna görə həzm edilməsi çətindir. Bunu həll etmək üçün alimlər göbələkdəki iki geni deaktiv ediblər.
İndi o asanlıqla həzm olunur, daha sürətli böyüyür və yenə də kifayət qədər proteinlə zəngindir.
Tədqiqatçılar iddia edirlər ki, tezliklə bütün bəşəriyyət göbələk və mayadan alınan mikroproteinlərə keçəcək. Çünki bu, ətə sağlam alternativdir.
Bundan əlavə, onları yetişdirmək daha az resurs tələb edir, dadı və teksturası da ətdən fərqlənmir.
mənbə: oxu.az