Sərhəddən qaçaqmalçılıq yolu ilə qızıl əşyalar keçirən 1 nəfər saxlanılıb

May 27, 2025 - 12:30
 0  23
Sərhəddən qaçaqmalçılıq yolu ilə qızıl əşyalar keçirən 1 nəfər saxlanılıb

Gürcüstanın gömrük sərhədində xüsusilə böyük miqdarda malların gömrük qaydalarını pozaraq gətirilməsi faktı aşkar edilib və bir nəfər saxlanılıb.

Bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin İstintaq Xidməti məlumat yayıb.

Aparılan istintaqla müəyyən edilib ki, Türkiyə Respublikasının vətəndaşı, Sarp gömrük-keçid məntəqəsi vasitəsilə gömrük nəzarətindən gizli şəkildə, idarə etdiyi sərnişin avtobusunun salonunda xüsusi olaraq hazırlanmış gizli bölmədə, Gürcüstanın gömrük sərhədindən 546,129.52 lari dəyərində, ümumilikdə 3,197.18 qram qızıl zinyət əşyaları keçirib.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 214-cü maddəsinin ikinci hissəsi ilə davam etdirilir ki, bu da 5 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

mənbə: interpress