Qurcaanidə qrup halında soyğunçuluğa cəhd edən 3 nəfər yaxalanıb

Mar 31, 2026 - 11:54
 0  18
Qurcaanidə qrup halında soyğunçuluğa cəhd edən 3 nəfər yaxalanıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Kaxeti Polisi Departamentinin Qurcaani rayon idarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat nəticəsində qrup halında soyğunçuluğa cəhd göstərən 3 nəfər saxlanılıb.

Xeber.ge xəbər verir ki,  saxlanılanlar 2007-ci il təvəllüdlü İ.A., 2006-cı il təvəllüdlü A.Ç. və 2006-cı il təvəllüdlü Q.B.-dir.

İstintaqla müəyyən edilib ki, maskalı şəxslər tamah məqsədilə Qurcaani bələdiyyəsinin Şaşiani kəndində həmkəndliləri A.M.-ə məxsus yaşayış evinə qanunsuz daxil olublar. Lakin onlar cinayət niyyətlərini sona çatdıra bilməyərək hadisə yerindən qaçıblar.

Hüquq-mühafizə orqanlarının keçirdiyi təxirəsalınmaz istintaq tədbirləri nəticəsində hər üç şəxs "isti izlər"lə yaxalanaraq istintaqa cəlb olunub.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 178-ci maddəsi (Qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən mənzilə qanunsuz daxil olmaqla soyğunçuluğa cəhd) ilə cinayət işi başlanılıb. Bu maddə üzrə təqsirləndirilən şəxsləri 8 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.