Bu ərəb ölkələri İranla müharibəyə “davam” deyir

Mar 31, 2026 - 11:17
 0  13
Bu ərəb ölkələri İranla müharibəyə “davam” deyir

Səudiyyə Ərəbistanı, BƏƏ və digər Körfəz ölkələri Trampı İranla mübarizəni davam etdirməyə çağıraraq rejimin kifayət qədər zəiflədilmədiyini deyirlər.

Xeber.ge xəbər verir ki, bu barədə “Assoşeyted Press” məlumat yayıb.

“BƏƏ ən sərt, hətta quru hücumuna təkan verən ölkədir. Oman və Qətər isə diplomatiyaya üstünlük verir.

Səudiyyə rəsmiləri müharibənin indi bitməsinin yaxşı bir razılaşmaya səbəb olmayacağını bildirirlər. Körfəz ölkələri İranın nüvə və raket proqramlarını neytrallaşdırmaq və gələcəkdə Hörmüz boğazının bağlanmasının qarşısını almaq üçün hər hansı razılaşma istəyirlər”, - məlumatda qeyd olunub.

mənbə: axar.az