Qarşıdakı günlərdə ölkə ərazisində gözlənilən hava proqnozu açıqlanıb

Sep 1, 2025 - 22:36
 0  14
Qarşıdakı günlərdə ölkə ərazisində gözlənilən hava proqnozu açıqlanıb

Meteoroloq Koba Partenadze sentyabrın 2-dən temperaturun aşağı düşəcəyini bildirib.

Qarşıdakı günlərdə hava nisbətən sərin keçəcək.

“Sentyabrın 2-də ölkə ərazisində havanın buludlu olacağı, axşama doğru qısamüddətli yağış yağacağı, temperaturun bir qədər aşağı düşəcəyi gözlənilir.

Sentyabrın 3-də həm qərb, həm də şərq rayonlarında arabir qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, hər yerdə nisbətən soyuq olacağı gözlənilir.

O, sentyabrın 4-dən Gürcüstanda havanın açılacağını bildirib.

Payızın gəlişi münasibətilə təbrik edirəm, bu fəsil dəyişikliklərin gözəl ola biləcəyinə sübutdur...”, - meteoroloq Koba Partenadze yazıb.

mənbə: interpress