Qareldə qanlı hesablaşma: Kişi həmkəndlisini bıçaqladı

Aug 20, 2026 - 12:41
 0  17
Qareldə qanlı hesablaşma: Kişi həmkəndlisini bıçaqladı

Qarel bələdiyyəsində qanlı hesablaşma — kişi həmkəndlisini yaralayıb. Şəxsə soyuq silahla xəsarət yetirilib.

XEBER.GE xeber  verir ki, DİN-in bildirdiyinə görə, Şida Kartli Polis Departamentinin əməkdaşları sağlamlığa qəsdən ağır xəsarət yetirmə ittihamı ilə 1 nəfəri saxlayıblar.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Qarel bələdiyyəsində mübahisə zəminində soyuq silahdan istifadə edərək həmkəndlisi olan kişiyə xəsarət yetirib, daha sonra hadisə yerindən qaçıb.

Yaralı şəxs tibbi yardım göstərilməsi üçün klinikaya aparılıb.

İstintaq Cinayət Məcəlləsinin 117-ci maddəsi üzrə aparılır ki, bu da 7 ilədək

müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur