Qapalı məkanlarda siqaret çəkənləri 2000 lariyədək cərimə gözləyir
Gürcüstan ictimai toplaşma yerlərini, kafe və restoranları tütün tüstüsündən uğurla azad edə bilsə də, xüsusi buraxılış kartları olmadan daxil olmağın mümkün olmadığı qapalı ofislərdə və mühafizə olunan ərazilərdə qanunun icrası ciddi çağırış olaraq qalır.
XEBER.GE xeber verir ki, bu barədə Tütünə Nəzarət Alyansının məlumatında deyilir.
Onların bildirdiyinə görə, "Təmiz hava və sağlam iş mühiti dəbdəbə və ya kiminsə xoş məramı deyil, qanunla zəmanət verilən fundamental hüquqdur".
"Dövlət monitorinq qruplarının dərhal daxil ola bilmədiyi yerlərdə ziyarətçilər və əməkdaşlar tez-tez belə bir reallıqla qarşılaşırlar: gizli 'tüstüləmə otaqları' hələ də fəaliyyət gösterir və ya iş kabinetləri tütün tüstüsünə bürünüb. Həmkarlarla münaqişə qorxusu və 'həmkarlıq' anlayışının yanlış dərk edilməsi insanlara öz sağlamlıqlarını qorumağa mane olur. Xüsusilə ictimai rəyin əsas yaradıcıları olan televiziya və xəbər agentliklərinə müraciət edirik. Mediya efirdə sağlam həyat tərzindən və qanunun aliliyindən danışdığı, kadr arxasında isə (rejissor otağında, montajda və ya ofisdə) tütünə nəzarət qanununu özü pozduğu zaman sistemli nihilizm yaradır. Geniş yayılmış 'gərgin qrafik' arqumenti hüquqi və mənəvi baxımdan əsassızdır.
Çoxsaatlıq ən çətin əməliyyatı həyata keçirən siqaret çəkən cərraha əməliyyat blokunda siqaret çəkmə bucağı tələb etməyə hüquq verilər ki? Peşəkar stress və ya gərgin qrafik heç vaxt başqasının sağlamlığına zərər vurmağın legitim əsası ola bilməz. Xatırladırıq ki, qapalı məkanlarda tütün (o cümlədən elektron siqaret və qızdırılan tütün) çəkilməsinə görə məsuliyyət sərtdir:
- Patrul Polisi (112): Çağırışa dərhal reaksiya verir və qaydanı pozan müəssisəni və/və ya fiziki şəxsi cərimələyir.
- Müəssisələr üçün maliyyə sanksiyaları: Hüquqi şəxs üçün cərimə birinci dəfə 500 lari, təkrarlandıqda 1000 lari, üçüncü və bir il ərzində növbəti hər dəfə üçün 2000-2000 laridir.
- Fiziki şəxs üçün: Cərimə birinci halda 100 lari, təkrarlandıqda 200 lari, üçüncü və bir il ərzində növbəti hər dəfə üçün 300-300 laridir.