Qəzzada 1 milyon qadın və qız aclıqdan əziyyət çəkir

Oct 21, 2025 - 10:34
 0  9
Qəzzada 1 milyon qadın və qız aclıqdan əziyyət çəkir

Xeber.ge xəbər verir ki, Qəzza zolağında bir milyondan çox qadın və qız uşağı ərzaq yardımına, təxminən 250 min nəfər isə təcili qida dəstəyinə ehtiyac duyur.

Bu barədə BMT-nin “Qadınlar” təşkilatının Cenevrə bölməsinin direktoru Sofiya Kalltorp bildirib.

Kalltorp qeyd edib ki, son iki il ərzində Qəzzada hər saatda orta hesabla iki qadın və ya qız uşağı həyatını itirib və bu rəqəmlər hücumların miqyasını aydın göstərir.

“Bu gün Qəzzada qadın və qızın ehtiyacları tarixdə heç vaxt olmadığı qədər çoxdur. Bir milyondan artıq qadın və qız üçün ərzaq yardımı, 250 minə yaxın insan üçün isə təcili qida dəstəyi tələb olunur”, – deyə o vurğulayıb.

mənbə: azshafaqna.com