Qəzza soyqırımı qurbanlarının sayı 65 mini keçdi!

Sep 18, 2025 - 11:39
 0  5
Qəzza soyqırımı qurbanlarının sayı 65 mini keçdi!

İsrailin Qəzza sektorunda Fələstin xalqına qarşı törətdiyi soyqırımının qurbanlarının sayı 65 min nəfəri keçib.

Xeber.ge xəbər verir ki, bu barədə Qəzza sektorunun Səhiyyə Nazirliyi məlumat verib.

Qeyd edilib ki, İsrail ordusu son 24 saatda daha 98 günahsız fələstinlini qətlə yetirib, 385 nəfəri isə yaralayıb.

Beləliklə də, İsrailin 2023-cü il 7 oktyabrdan bəri kütləvi qətliamlarla həyatına son qoyduğu dinc Qəzza sakinlərinin sayı 65 062 nəfərə, xəsarət alanların sayı isə 165 697 nəfərə çatıb.

Bundan başqa, təxminən 10 min nəfər qəzzalı isə itkin düşüb.

İsrail Qəzza sektoruna qarşı hərtərəfli blokada tətbiq edərək bölgədə humanitar fəlakətə – aclığa səbəb olub. Hər gün günahsız insanlar, xüsusilə də uşaqlar, qadınlar və yaşlılar qida çatışmazlığından dünyasını dəyişir.

mənbə: azshafaqna.com