“Publika”nın jurnalisti Mindia Qabadze hücuma məruz qalıb
Mavi Qalereya yaxınlığında maskalı şəxs “Publika” nəşrinin jurnalisti Mindia Qabadzeyə hücum edib.
Hadisə jurnalist Rustaveli prospektində, Mavi Qalereyanın yaxınlığında keçirilən aksiyanı işıqlandırarkən baş verib. Onun yanına maskalı şəxs gəlib və hücum edib. Yayılan görüntülərdən də göründüyü kimi, hücum yerinin yaxınlığında patrul polisinin ekipajı olub, hadisəyə reaksiya verməyib. Oradakı insanlar polisi çağırsalar da, polis maşından belə düşməyib.
Mindia Qabadzenin üzündə zədələr var. O, hazırda polis bölməsindədir.
“Gürcü Arzusu”nun “əlaltısı” “Mavi qalereya” yaxınlığında keçirilən etiraz aksiyasını işıqlandırarkən “Publikanın” jurnalist Mindia Qabadzeyə fiziki təzyiq göstərib. Polis təcavüzkarı həbs etməyib”, - “Publika” yazıb.
mənbə: marneulifm