Pşaveli–Abano–Omalo yolunda nəqliyyatın hərəkəti məhdudlaşdırılıb
Avtomobil Yolları Departamentinin məlumatına görə, intensiv qar yağması və buz bağlama ehtimalı ilə əlaqədar Pşaveli–Abano–Omalo avtomobil yolunun müəyyən hissələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılır.
XEBER.GE xeber verir ki, Dövlət əhəmiyyətli Pşaveli–Abano–Omalo avtomobil yolunun 39–45-ci kilometrlik hissəsində yalnız yüksək keçid qabiliyyətinə malik (iki və daha çox aparıcı körpüsü olan) nəqliyyat vasitələrinin sürüşməyə qarşı zəncirlərdən istifadə etməklə hərəkətinə icazə verilir.
12–38-ci və 46–72-ci kilometrlik hissələrdə isə yalnız yüksək keçid qabiliyyətinə malik nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir.
Avtomobil yolunun 1–12-ci kilometrlik hissəsində nəqliyyat vasitələrinin hərəkəti sərbəstdir“, – deyə məlumatda bildirilir.