Marneulidə Novruz və Ramazan bayramı tədbirləri ləğv edilib
Marneuli bələdiyyəsinin özünüidarəetmə orqanı Novruz və Ramazan bayramları ilə əlaqədar planlaşdırılan bütün kütləvi tədbirləri ləğv edib.
Xeber.ge xəbər verir ki, bu qərar Bütün Gürcüstanın Katolikos-Patriarxı II İliyanın vəfatı ilə əlaqədar qəbul olunub.
Marneuli bələdiyyəsinin yaydığı rəsmi məlumatda deyilir:
"Marneuli bələdiyyəsinin özünüidarəetməsi Bütün Gürcüstanın Katolikos-Patriarxı, müqəddəs və xeyir-dua almış II İliyanın vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verir. Bildiririk ki, II İliyanın vəfatı səbəbindən 'Novruz bayramı' və 'Ramazan bayramı' ilə bağlı nəzərdə tutulmuş bütün tədbirlər ləğv edilmişdir."
Qeyd edək ki, azərbaycanlılar üçün milli bayram olan Novruz və müsəlmanlar üçün mühüm dini ay olan Ramazanla bağlı Marneulidə genişmiqyaslı şənliklərin keçirilməsi cari həftəyə, xüsusən martın 21-i və 22-nə təsadüf edirdi. Lakin ölkədə elan olunan ümumi kədər və vida mərasimləri ilə əlaqədar bu proqramlar dayandırılıb.