Marneulidə şantaj yolu ilə pul tələb edən şəxs saxlanılıb

Oct 4, 2026 - 13:00
 0  78
Marneulidə şantaj yolu ilə pul tələb edən şəxs saxlanılıb
: :
playing

Daxili İşlər Nazirliyinin məlumatına görə, Kvemo Kartli Polis Departamentinin Marneuli Rayon İdarəsinin əməkdaşları hədə-qorxu ilə tələb etmə (şantaj və qandayırma) ittihamı ilə əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş şəxsi saxlayıblar.

XEBER.GE xeber  verir ki, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Marneuli bələdiyyəsində həmkəndlilərindən pul qoparmaq məqsədilə onların şəxsi həyatını əks etdirən foto-materialları sosial şəbəkədə yayıb. O, fotoların silinməsi müqabilində elektron hesaba müəyyən məbləğdə pul köçürülməsini tələb edib. Vətəndaşlara dəymiş ümumi zərər 2 000 lariyə yaxın təşkil edib. Hüquq-mühafizə orqanları operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində cinayəti törədən şəxsi saxlayıblar.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 181-ci maddəsinin 1-ci hissəsi ilə aparılır ki, bu da 4 ilə qədər müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.