Prokurorluq Biznesmen Tamaz Elizbaraşvilinin restoran ərazisindəki silahlı hədə-qorxu görüntülərini yaydı-VİDEO

Sep 4, 2026 - 11:32
 0  6

Gürcüstan Baş Prokurorluğu biznesmen Tamaz Elizbaraşvilinin işi ilə bağlı müşahidə kameralarının görüntülərini yayımlayır — qurum bildirir ki, video avqustun 30-da Tbilisidə restorandardan birinin yaxınlığında baş verən hadisəni əks etdirir.

 XEBER.GE xeber  verir ki,  Avqustun 30-da, saat 23:40 radələrində Tbilisidəki restoranlardan birində Tamaz Elizbaraşvili və zərərçəkənlərdən biri təsadüfən qarşılaşıblar. Bu zaman onların arasında keçmişdə Tamaz Elizbaraşvili tərəfindən həmin şəxs və onun ailəsi ünvanına sosial şəbəkədə yazılmış şərh ilə bağlı şifahi münaqişə yaranıb.

Baş verən şifahi münaqişə zamanı Tamaz Elizbaraşvili zərərçəkəni və onunla birgə olan şəxsləri hədələyib. Xüsusilə, o, bu məsələni belə qoymayacağını, təxminən 30 dəqiqəyə qayıdacağını bildirərək onların restoran ərazisini tərk etməmələrini tələb edib.

Zərərçəkənlər vəziyyətin daha da gərginləşməsinin qarşısını almaq üçün restoran ərazisini tərk ediblər.

Avqustun 31-də, saat 00:20 radələrində Tamaz Elizbaraşvili hədəsini həyata keçirmək məqsədilə hadisə yerinə qayıdır, bu zaman əlini nümayişkaranə şəkildə pencəyinin cibində/daxili cibində saxlayır.

Elizbaraşvili silahlı olub və restorana daxil olmağa cəhd edib. Həmçinin zərərçəkənlərin ünvanına hədə-qorxu gəlməyə və söyüş söyməyə davam edib. Mühafizə əməkdaşlarının qadağasına baxmayaraq, Tamaz Elizbaraşvili yenə də restoran ərazisinə daxil olub. Zərərçəkənlərin orada olmadığına əmin olduqdan sonra göstərilən ərazini tərk edib", — deyə bəyanatda bildirilir.