Potidə yağan yağış küçələri və evləri su altında qoyub

Sep 21, 2025 - 17:53
 0  17

Potidə güclü və uzunmüddətli yağış nəticəsində şəhərin bir neçə məhəlləsi su altında qalıb.

Küçələrə və həyətlərə, həmçinin yaşayış evlərinin birinci mərtəbələrinə suyun dolması səbəbindən həm piyadaların, həm də minik avtomobillərinin hərəkəti çətinləşib.

Yerli sakinlərin sözlərinə görə, su məişət əşyalarına ciddi ziyan vurub. Şəhərdəki bir gül mağazasında isə demək olar ki, bütün bitkilər məhv olub. Poti sakinləri bildirirlər ki, bu qədər intensiv və uzunmüddətli yağışı çoxdan xatırlamırlar.

Güclü yağıntı səbəbindən yağış sularını axıdacaq kanallar suyun ötürülməsində çətinlik çəkir.

Poti Bələdiyyəsindən verilən məlumata görə, bütün aidiyyəti qurumlar səfərbər olunub. Hazırda zərərçəkmiş ailələrin qeydiyyatı aparılır ki, imkan daxilində onlara yardım göstərilsin.

mənbə: Intrepress.ge