Polis xüsusilə külli miqdarda narkotik maddə müsadirə edib
Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-istintaq tədbirləri nəticəsində külli miqdarda narkotik vasitəni qanunsuz yolla əldə edib saxlamağa cəhd göstərməkdə təqsirli bilinən 42 yaşlı kişi tutulub.
Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Araşdırma zamanı müəyyən edilib ki, xaricdən göndərilən mopeddə xüsusilə külli miqdarda narkotik vasitə - 619 ədəd Subutex həb gizlədilib.
1983-cü il təvəllüdlü, əvvəllər müxtəlif cinayətlərdə təqsirli bilinən Q.Z. qanunsuz olaraq narkotik vasitələrin əldə edilməsi və saxlanmasına cəhddə ittiham olunaraq saxlanılıb.
Təqsirləndirilən Q.Z. onun üçün nəzərdə tutulmuş külli miqdarda narkotik vasitəni götürməyə cəhd edərkən hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb.
Polis xüsusilə külli miqdarda narkotik vasitəni dəlil kimi götürüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 19-260-cı maddəsinin üçüncü hissəsinin “A” bəndi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə və saxlamağa cəhdlə bağlı araşdırma aparılır.
Cinayət 20 ilədək və ya ömürlük həbs cəzasını nəzərdə tutur.
mənbə: interpress