Polis əməkdaşı və iki nəfər narkotik satışına görə saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyinin (DİN) Baş Müfəttişliyi, Baş Prokurorluqla birgə keçirdiyi istintaq, prosessual və əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanması və satışında təqsirləndirilən üç nəfər saxlanılıb.
Bu barədə məlumatı DİN yayıb.
Nazirliyin açıqlamasına görə, saxlanılanlardan biri İmereti Polis Departamentinin Kutaisi Şəhər İdarəsinin 2-ci şöbəsinin sahə inspektorudur.
İstintaqla müəyyən olunub ki, 1969-cu il təvəllüdlü polis əməkdaşı X.Z. maddi gəlir əldə etmək məqsədilə 1964-cü il təvəllüdlü İ.Q. və 1960-cı il təvəllüdlü A.B.-yə “morfin” adlı narkotik vasitəni qanunsuz olaraq satıb.
İ.Q. və A.B.-nin üzərinə və yaşadıqları evlərə keçirilən baxış zamanı “morfin” və “buprenorfin” adlı narkotik vasitələr aşkarlanaraq maddi sübut kimi götürülüb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 260-cı maddəsinin 1-ci və 2-ci hissələri, həmçinin 260-cı maddənin “tertsia” 4-cü hissəsi üzrə istintaq aparılır. Qanun bu cinayətə görə 12 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutur.
mənbə: interpress