Paytaxtda keçiriləcək aksiyalarla bağlı polis qüvvələri müxtəlif ərazilərdə səfərbər olunub

Oct 4, 2025 - 12:04
 0  66

İctimai təhlükəsizliyin və asayişin təmin edilməsi məqsədilə polis əməkdaşları bu gün – 4 oktyabrda Tbilisidə keçiriləcək aksiyalarla əlaqədar paytaxtın müxtəlif nöqtələrində yerləşdirilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

“İctimai təhlükəsizliyin və qanunçuluğun qorunması məqsədilə Daxili İşlər Nazirliyinin müvafiq polis bölmələrinin əməkdaşları 4 oktyabrda Tbilisidə planlaşdırılan aksiyalarla bağlı şəhərin müxtəlif ərazilərində səfərbər olunublar.

Aksiya təşkilatçılarına və iştirakçılarına müraciət edirik – toplanış və yürüşləri Gürcüstan qanunvericiliyində müəyyən edilmiş çərçivədə keçirsinlər, polis əməkdaşlarının qanuni tələblərinə tabe olsunlar və onların xidməti fəaliyyətinə mane olmasınlar.

Qanun pozuntusunun hər bir faktına polis tərəfindən müvafiq hüquqi reaksiya veriləcək,” – deyə Daxili İşlər Nazirliyinin bəyanatında bildirilir.

mənbə: Intrepress.ge