Tbilisinin bu ərzində avtomobillərin hərəkəti 2 ay müddətinə qismən məhdudlaşdırılacaq
Tbilisi meriyasının İnfrastrukturun İnkişafı Departamenti Laquna Vere yaxınlığındakı Qəhrəmanlar meydanından Zviad Qamsaxurdiya adına sahilə qədər olan yol hissəsinin bərpası və yenidən qurulmasına başlayır. Bu barədə Tbilisi meriyası məlumat yayıb.
Tbilisi meriyasından verilən məlumata görə, planlaşdırılan işlərlə əlaqədar yanvarın 17-si saat 00:00-dan etibarən iki ay müddətində müxtəlif hissələrdə nəqliyyatın hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq. Konkret olaraq, birinci mərhələdə nəqliyyatın hərəkəti
Kostava küçəsindən Kür çayının sağ sahilinə gedən yalnız bir yan zolaq məhdudlaşdırılacaq.
“Həmçinin, Kür çayının sağ sahilindən Çariça Tamar prospektinə gedən yolun bir hissəsində də nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq.
Tbilisi meriyası yaranmış narahatlığa görə üzr istəyir!”, – Tbilisi meriyasının məlumatında deyilir.
mənbə: marneulifm