Parlament QHT-lərə dövlət qrantlarının verilməsinə imkan yaradan qanunu qəbul etdi

Feb 20, 2025 - 15:15
 0  31
Parlament QHT-lərə dövlət qrantlarının verilməsinə imkan yaradan qanunu qəbul etdi

Gürcüstan Parlamenti sürətləndirilmiş qaydada müzakirə etdiyi və üçüncü oxunuşda qəbul etdiyi qanun layihəsi ilə hökumətin müəyyən etdiyi dövlət qurumlarına qeyri-hökumət təşkilatlarına (QHT) qrantlar vermək hüququ tanıdı.

 “Qrantlar haqqında” qanuna dəyişikliklər 80 səslə təsdiqləndi.

Qanunun qüvvəyə minməsi ilə Dövlət Qrantlarının İdarəetmə Agentliyi yaradılacaq, bu qurum vətəndaş cəmiyyəti təşkilatlarına maliyyə yardımı ayıracaq.

Hökumətin açıqlamasına görə, 2025-ci ilin dövlət büdcəsində vətəndaş təşəbbüslərinin dəstəklənməsi üçün 20 milyon lari ayrılıb. Bu vəsait həm agentliyin yaradılması və fəaliyyəti, həm də qrantların maliyyələşdirilməsi üçün istifadə olunacaq.

Məlumata görə, Dövlət Qrantlarının İdarəetmə Agentliyində təxminən 10 nəfər çalışacaq.

mənbə: Interpress