Kür çayına düşən avtomobilin bir sərnişinin axtarış işləri davam edir

May 16, 2025 - 15:15
 0  23
Kür çayına düşən avtomobilin bir sərnişinin axtarış işləri davam edir

Tbilisidə 14 may tarixində baş vermiş yol-nəqliyyat qəzası nəticəsində Kür çayına düşən avtomobilin sərnişinlərindən birinin axtarış işləri hələ də davam etdirilir.

Bu barədə Fövqəladə Halların İdarə Olunması Xidmətindən məlumat verilib.

Xatırladaq ki, Kürün sol sahilində hərəkətdə olan “Ford” markalı avtomobilə “Mercedes” markalı avtomobil çırpılıb. Nəticədə “Ford” çaya düşüb. Avtomobildə dörd nəfər olub.

Xilasedicilər hadisədən dərhal sonra bir nəfəri sağ olaraq sudan çıxarıblar. Daha sonra iki nəfərin meyiti tapılıb. Dördüncü sərnişinin axtarışı isə hələ də davam edir.

Hüquq-mühafizə orqanları qəzanın səbəbkarı hesab edilən şəxsi elə həmin gün saxlayıblar. Ona qarşı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsinin 8-ci bəndi ilə ittiham irəli sürülüb. Bu maddə nəqliyyat vasitəsinin istismarı və hərəkət qaydalarının pozulması nəticəsində iki və ya daha çox şəxsin ölümünə səbəb olmağa görə 10 ilədək azadlıqdan məhrumetməni nəzərdə tutur.

mənbə: interpress