Bu tarixlərdə Gürcüstanda güclü külək və leysan gözlənilir

18-19 may tarixlərində ölkə ərazisində qərb istiqamətli güclü külək əsəcək.
Bu barədə Gürcüstanın Ətraf Mühit üzrə Milli Agentliyinin məlumat yayıb.
Qurumun açıqlamasına əsasən, 18 may axşam saatlarından başlayaraq 19 may səhərədək Gürcüstanın əksər bölgələrində yağış yağacaq, bəzi yerlərdə yağış leysan xarakterli olacaq və şimşək çaxacaq. Şərqi Gürcüstanda dolu düşməsi də mümkündür.
“Mövcud hava şəraiti Gürcüstanın çaylarında suyun səviyyəsinin əhəmiyyətli dərəcədə qalxmasına, kiçik çaylarda sel və daşqınların yaranmasına, həmçinin dağlıq və təpəlik ərazilərdə sürüşmə və torpaq axınlarının baş verməsinə (təhlükə səviyyəsi orta) səbəb ola bilər”, – deyə agentliyin məlumatında bildirilir.
mənbə: interpress