Parlament məktəbəqədər təhsil müəssisələrinin səlahiyyət müddətini dəyişdi

Nov 25, 2025 - 21:29
 0  41
Parlament məktəbəqədər təhsil müəssisələrinin səlahiyyət müddətini dəyişdi

Parlament “Erkən və məktəbəqədər tərbiyə və təhsil haqqında” Qanuna dəyişikliyi birinci oxunuşda müzakirə edib və 81 səslə dəstəkləyib.

Qanun layihəsinə əsasən, erkən və məktəbəqədər tərbiyə və təhsil müəssisələrinin səlahiyyət müddəti 4 il yerinə 6 il müəyyən ediləcək.

Bununla yanaşı, 6 illik səlahiyyət müddəti bu düzəlişin qüvvəyə minməsindən əvvəl səlahiyyət verilmiş erkən tərbiyə və təhsil/məktəbəqədər tərbiyə və təhsil müəssisələrinə şamil ediləcək. Qeyd olunan müəssisələr səlahiyyət verildiyi tarixdən etibarən altı il müddətinə səlahiyyətli hesab ediləcəklər.

Qanun layihəsinin müəllifi Gürcüstanın Təhsil, Elm və Gənclik Nazirliyi, təşəbbüskarı isə Gürcüstan hökumətidir.