Ölkə ərazisində bu tarixdən yüksək temperatur gözlənilir
 
                                21-23 iyul tarixlərində Şərqi Gürcüstanda havanın temperaturunun əhəmiyyətli dərəcədə yüksəlməsi gözlənilir.
Bu barədə Gürcüstanın Milli Ətraf Mühit Agentliyi məlumat verib.
Məlumata əsasən, düzənlik ərazilərdə temperatur 38-40 dərəcəyə, dağlıq bölgələrdə isə 34-36 dərəcəyə çata bilər.
Agentlik bildirir ki, gözlənilən yüksək temperatur istilik stressi və meşə yanğınlarının yaranmasına yol aça bilər.
mənbə: interpress
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
                                                                                                                                             
                                                                                                                                             
                                                                                                                                             
                                             
                                             
                                             
                                             
                                            