Obyektlərdə plastik butulkalarda içki verilməsi qadağası təxirə salındı
Ətraf Mühitin Mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, ictimai iaşə obyektlərində plastik butulkalarla içki verilməsinə qadağanın qüvvəyə minməsi 2031-ci il fevralın 1-nə təxirə salınıb.
XEBER.GE xeber verir ki,
Dəyişikliyə əsasən, qadağanın qüvvəyə minmə müddəti 4 il təxirə salınaraq yeni tarix 2031-ci il fevralın 1-i müəyyən edilib.
Qeyd edək ki, 12 mart 2026-cı il tarixli 106 nömrəli qərarla bu məhdudiyyətin 2026-cı il iyulun 1-dən qüvvəyə minməsi nəzərdə tutulmuşdu. Təxirə salma qərarı özəl sektor, biznes assosiasiyaları və digər maraqlı tərəflərlə əlavə məsləhətləşmələr əsasında qəbul edilib.
Xatırladaq ki, qaydanın 4 il təxirə salınması barədə İrakli Kobaxidze aprelin 8-də açıqlama vermişdi. Onun sözlərinə görə, qərar biznes sektoru ilə məsləhətləşmələrdən sonra qəbul edilib.