Netanyahu Trampla razılaşıb: İsrail İrana cavab verməyəcək

Jun 8, 2026 - 15:34
 0  19
Netanyahu Trampla razılaşıb: İsrail İrana cavab verməyəcək

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla söhbəti zamanı İranın hücumlarına cavabı təxirə salmağa razılaşıb və bununla da Vaşinqtona Tehranla razılığa gəlmək üçün vaxt verib.

Xeber.ge xəbər verir ki, bu barədə "Axios" mənbəyə istinadən məlumat yayıb.

"Netanyahu etiraz edib, amma sonda geri çəkilməyə razı olub", - deyə portal Amerika rəsmisinə istinadən yazıb.

Qeyd olunub ki, Netanyahunun Trampla bu dəfəki söhbəti ötən həftəki gərgin söhbətlərindən daha sakit olub.

"Biz inanırıq ki, prezident özünə vaxt qazanıb. O, İranla razılaşmaya yaxın olduğu barədə verdiyi açıqlamalarda olduqca qətiyyətli idi. Düşünmürəm ki, yaxın zamanda İsrailin hücumlarına bənzər bir şey görəcəyik", - deyə "Axios" mənbəsi izah edib.

Tramp bundan əvvəl bəyan edib ki, İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ və İran arasında əldə ediləcək istənilən razılaşmanı qəbul etməli olacaq.

mənbə: report.az