NATO-nun parçalanması başlayır: ABŞ bu ölkədən qoşunlarını çıxarır

Apr 1, 2026 - 22:07
 0  18
NATO-nun parçalanması başlayır: ABŞ bu ölkədən qoşunlarını çıxarır

ABŞ Prezidenti Donald Tramp Avropanın təhlükəsizlik arxitekturasını kökündən dəyişəcək addıma hazırlaşır.

Xeber.ge xəbər verir ki, bu barədə "Telegraph" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Bildirilir ki, Ağ Ev rəhbəri ABŞ hərbi kontingentinin Almaniyadan çıxarılması imkanlarını ciddi şəkildə nəzərdən keçirir. Qeyd olunur ki, Tramp yenidən prezident seçildiyi ilk gündən bu plan üzərində baş sındırır.

Maraqlıdır ki, rəsmi Vaşinqtonun bu niyyəti Almaniya daxilindəki bəzi siyasi qüvvələrin arzusu ilə üst-üstə düşür. Belə ki, bir müddət əvvəl "Almaniya üçün Alternativ" (AfD) partiyasının həmsədri Tino Krupalla da ABŞ qoşunlarının ölkədən çıxarılması ilə bağlı çağırış etmişdi.

Xatırladaq ki, hazırda Almaniya ərazisində təxminən 38 min ABŞ hərbçisi yerləşdirilib. Bu qüvvələrin geri çəkilməsi NATO-nun Avropadakı gücünə ciddi zərbə kimi qiymətləndirilir.

mənbə: publika