İran İsrailə son vaxtların ən böyük raket zərbəsini endirib
İran ölkənin mərkəzi hissəsinə 10-a yaxın ballistik raket ataraq müharibə başlayandan bəri İsrailə qarşı ən böyük raket hücumlarından birini həyata keçirib.
Xeber.ge xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.
Xilasetmə xidmətlərinin məlumatına görə, bir sıra ərazilərə raket qalıqlarının düşməsi barədə məlumatlar daxil olub.
Hazırda zərərçəkənlər barədə məlumat yoxdur.
mənbə: report.az