Gürcüstan və ABŞ apreldə yüksək səviyyəli danışıqlar aparacaq
Gürcüstan və ABŞ aprel ayında ölkələr arasında münasibətlərin yenidən qurulması üçün təməl qoyacaq bir sıra yüksək səviyyəli danışıqlar keçirəcəklər.
Xeber.ge xəbər verir ki,
"Aprel ayında (Gürcüstan və ABŞ arasında - red.) müxtəlif görüşlər keçiriləcək və maraqlı xəbərlər olacaq. Əminəm ki, ölkəmizi və şəhərimizi sevənlər tezliklə ictimaiyyətə məlum olacaq bu məlumatla fəxr edəcəklər. Bu, ümumilikdə münasibətlərə və gələcək tərəfdaşlıqlara, eləcə də münasibətlərin dərinləşməsinə aiddir. Əlavə detalları açıqlamaqdan çəkinəcəyəm; hadisələrin aydınlaşmasını gözləyəcəyik", - o bildirib.
K.Kaladze Tbilisi ilə Vaşinqton arasındakı münasibətlərin təmiz vərəqdə davam edəcəyinə ümid etdiyini bildirib.
Daha əvvəl Gürcüstanın Baş naziri İrakli Kobaxidze və ABŞ dövlət katibi Marko Rubionun telefonla iki ölkə arasında münasibətlərin yenidən qurulmasını müzakirə etdikləri bildirilib.
mənbə: report