NATO ehtiyac duyduğumuz zaman kömək etmədi

Apr 9, 2026 - 10:13
 0  6
NATO ehtiyac duyduğumuz zaman kömək etmədi

Donald Tramp ilə Mark Rütte arasında Ağ Evdə keçirilən qapalı görüş NATO daxilində artan fikir ayrılıqları fonunda baş tutub.

Xeber.ge xəbər verir ki, bu barədə məlumatı "Associated Press" yayıb.

Görüş ABŞ prezidentinin ölkənin NATO-dan çıxması ehtimalı ilə bağlı səsləndirdiyi fikirlərdən sonra keçirilməsi ilə diqqət çəkib. Danışıqlarda əsas müzakirə mövzularından biri Hörmüz boğazı ətrafında təhlükəsiz gəmiçiliyin bərpası olub.

Rütte daha sonra CNN-ə açıqlamasında bildirib ki, Tramp xüsusilə İranla bağlı əməliyyatlar kontekstində bəzi müttəfiqlərin fəaliyyətindən narazıdır. NATO baş katibi ABŞ liderinin mövqeyini anladığını vurğulayıb və Avropa ölkələrinin alyans çərçivəsində logistika, bazalar və uçuş dəstəyi ilə öhdəliklərini yerinə yetirdiyini qeyd edib.

Bununla yanaşı, Tramp daha sərt mövqe nümayiş etdirib. O, ABC telekanalına müsahibəsində bildirib ki, Vaşinqtonun müttəfiqlərinə İrana qarşı hərbi əməliyyata qoşulmaq çağırışı NATO üçün bir sınaq olub, lakin alyans bu sınaqdan uğurla keçə bilməyib.

ABŞ prezidenti danışıqlardan sonra "Truth Social" platformasında paylaşım edərək NATO-nun etibarlılığına yenidən şübhə ilə yanaşıb. O, həmçinin alyans daxilində Qrenlandiya məsələsi ilə bağlı ziddiyyətlərə diqqət çəkərək, müttəfiqlərin ABŞ-yə lazımi dəstəyi vermədiyini iddia edib.

mənbə: baku.ws