Gürcüstanda kütləvi həbslər: "Fayfura" ləqəbli kriminal avtoritet polisdən qaçıb-VİDEO
Gürcüstanda "qanuni oğru" Mamuka Şubutidzenin ("Turikela") cinayətkar qruplaşmasına qarşı keçirilən genişmiqyaslı əməliyyat zamanı mühüm fiqurlardan biri olan "Fayfura" ləqəbli Zaza Farqosadze polisdən qaça bilib.
Xeber.ge xeber verir ki,
Prokurorun sözlərinə görə, "Fayfura" "oğru dünyası"nın aktiv üzvüdür və həm Gürcüstandakı, həm də xaricdəki kriminal avtoritetlərlə sıx əlaqələrə malikdir. O, vətəndaşlar arasındakı mübahisələri "oğru qanunları" ilə həll etmək və qərarlar qəbul etməkdə ittiham olunur.
"İstintaq onu tapa bilmədi, yaşadığı ünvanda yox idi. Onun ölkəni tərk edib-etmədiyi hələlik məlum deyil, hazırda axtarışdadır. İki gün əvvəl qruplaşmanın digər üzvləri saxlanılarkən onun da tutulması planlaşdırılırdı, lakin o, gizlənməyə müvəffəq olub", - deyə N. Çitadze bildirib.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, bir gecə ərzində keçirilən əməliyyat nəticəsində "oğru dünyası"na üzvlük və bu dünyaya müraciət etmə ittihamı ilə ümumilikdə 44 nəfər saxlanılıb. Aralarında qruplaşma rəhbəri "Turikela" da olmaqla, daha 6 nəfər barəsində isə axtarış elan edilib.
İstintaqın versiyasına görə, Mamuka Şubutidze prosesləri özünün "nəzarətçiləri" (maquyrebeli) — "Fayfura" və "Qrişiç" vasitəsilə idarə edib. Gizli səs yazılarında bu şəxslərin konkret mübahisələri tənzimlədiyi və tərəflərdən birinə pul ödəmə mükəlləfiyyəti qoyduğu eşidilir.
Hazırda Zaza Farqosadzenin və qruplaşmanın digər üzvlərinin yerinin müəyyən edilməsi üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir.