Müsəlman alimlərin tibb elminə verdiyi töhfələr

May 5, 2026 - 10:39
 0  8
Müsəlman alimlərin tibb elminə verdiyi töhfələr

Xeber.ge xəbər verir ki, müasir cərrahi alətlərin çoxunu ilk dəfə müsəlman cərrah-həkim icad edib.

Cərrah əl-Zəhravinin əsrlər öncə ixtira etdiyi tibbi alətlər, o cümlədən də neştərlər, tibbi mişarlar, maqqaş, incə qayçılar günümüzdə də icad edildiyi formanı qoruyub saxlayıb.

Məhz əl-Zəhravi müəyyən edib ki, daxili tikişlər üçün istifadə olunan ketqut orqanizmdə təbii yolla əriyir və tibbi kapsulların istehsalında tətbiq oluna bilər.

Həmçinin qeyd edək ki, qan dövranı prosesi də ilk dəfə XIII əsrdə məhz müsəlman həkim İbn Nəfis tərəfindən təsvir edilib.

Bundan başqa, anestezikləri və kataraktanın çıxarılması üçün içi boş iynəni də məhz İslam dünyasını təmsil edən həkimlər ixtira ediblər.

mənbə: azshafaqna.com