Milli Qida Agentliyi "Libre" marketinin fəaliyyətini dayandırdı
Gürcüstanın Milli Qida Agentliyi paytaxt Tbilisidə yerləşən "Libre" marketində (Rustavi şosesi, 19) apardığı növbədənkənar yoxlamanın nəticələrini açıqlayıb.
Xeber.ge xəbər verir ki, yoxlamaya səbəb sosial şəbəkələrdə marketin qida sahəsində pişiyin olması ilə bağlı yayılan görüntülər olub.
Obyektdə kritik uyğunsuzluqların təkrarlandığı faktı təsdiqini tapıb.
Mağazada istifadə müddəti keçmiş qida məhsullarının satışı aşkar edilib.
Qeydə alınan ciddi qanun pozuntularına görə biznes operatoru 5000 lari məbləğində cərimələnib və konkret istehsal prosesi dayandırılıb.
İstifadə müddəti bitmiş məhsullar möhürlənib və Milli Qida Agentliyinin nəzarəti altında məhv ediləcək.
Milli Qida Agentliyi istehlakçıları qida məhsulları alarkən etiketlərə, saxlama və satış şəraitinə diqqət yetirməyə çağırıb.
Vətəndaşlardan hər hansı pozuntu aşkar etdikdə Kənd Təsərrüfatı Nazirliyinin qaynar xəttinə (1501) məlumat vermələri xahiş olunur.
Agentlik bildirib ki, daxil olan hər bir müraciət dərhal araşdırılacaq.