Tbilisi Şəhər Məhkəməsi "Milli Hərəkat"ın lideri Giorgi Baramidzeni 2 ay müddətinə həbs edib

Sep 12, 2026 - 17:20
Sep 12, 2026 - 17:22
 0  12
Tbilisi Şəhər Məhkəməsi "Milli Hərəkat"ın lideri Giorgi Baramidzeni 2 ay müddətinə həbs edib
: :
playing

Tbilisi Şəhər Məhkəməsi ENM-in (Milli Hərəkat) lideri, saxlanılan Giorgi Baramidzeyə qarşı qətimkan tədbiri olaraq 2 aylıq ilkin həbs qətimkan tədbiri seçib – qərarı hakim Eka Barbakadze elan edib.

XEBER.GE xeber  verir ki, məhkəmə iclasında müxalifətçi siyasətçinin həbs edilməsini ittiham tərəfi tələb edirdi.

Prokurorluq Giorgi Baramidzeyə qarşı təxribat (sabotaj) maddəsi ilə ittiham irəli sürüb və qətimkan tədbiri qismində həbs tələb edir.

Siyasətçinin saxlanılmasına səbəb kimi istintaq orqanı iyul ayında Yaqo Xviçiyanın "Saqartvelos dabadeba" (Gürcüstanın doğuluşu) verilişində Abxaziya müharibəsi ilə bağlı səsləndirdiyi bəyanatı göstərir.