Gürcüstanda genişmiqyaslı xüsusi əməliyyat – 9 nəfər saxlanıldı
Daxili İşlər Nazirliyinin məlumatına görə, Mərkəzi Cinayət Polisi Departamenti, Patrul Polisi, Tbilisi, Acarıstan, Rça-Leçxumi və Aşağı Svaneti, eləcə də İmereti polis departamentlərinin əməkdaşları tərəfindən müxtəlif vaxtlarda aparılmış əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində qanunsuz odlu silahlar və döyüş sursatı ələ keçirilib.
Xeber.ge xeber verir ki,
İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 236-cı, 239-cu və 260-cı maddələri ilə aparılır. Bu maddələrə görə 7 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.