Mestiyada azyaşlıya qarşı zorakılıq

Sep 7, 2026 - 10:53
Sep 7, 2026 - 10:58
 0  11
Mestiyada azyaşlıya qarşı zorakılıq

Samegrelo-Zemo Svaneti polis məntəqəsində qəsdən sağlamlığa ağır zərər vurma və azyaşlıya qarşı zorakılıq ittihamı ilə bir nəfər saxlanılıb

XEBER.GE xeber  verir ki, aparılan istintaqla müəyyən edilib ki, cari il sentyabrın 5-də Mestiya qəsəbəsində iki azyaşlı arasında qarşılıqlı mübahisə yaranıb. Münaqişəyə azyaşlılardan birinin atası qoşulub və o, digər azyaşlıya fiziki təzyiq göstərib.

İnsidentə sonradan bir neçə vətəndaş da qoşulub, bu zaman təqsirləndirilən şəxs soyuq silah tətbiq edərək iki nəfərə bıçaq xəsarəti yetirib, fiziki qarşıdurma zamanı təqsirləndirilən şəxsin özü də xəsarət alıb.

Hər üç şəxs müvafiq tibbi yardımın göstərilməsi məqsədilə xəstəxanaya yerləşdiriliblər.

Hüquq-mühafizə orqanları iş üzrə həyata keçirilmiş əməliyyat tədbirləri və istintaq hərəkətləri nəticəsində cinayətdə təqsirləndirilən şəxsi tibb müəssisəsində saxlayıblar", - deyə DİN bəyan edir.

İstintaq Cinayət Məcəlləsinin 7 ilə qədər azadlıqdan məhrumetməni nəzərdə tutan 117-ci və 126-cı maddələri ilə aparılır.