NATO 2008-də Kiyevi ona görə qəbul etmədi ki...

Oct 22, 2024 - 11:10
 0  12
NATO 2008-də Kiyevi ona görə qəbul etmədi ki...

Avropadan və Amerikadan istənilən səviyyəli siyasətçi bəyan edir ki, o, NATO-nun Rusiya ilə münaqişədə iştirakına imkan verməyəcək. Bu, 2008-ci ildə planlaşdırılıb, Gürcüstan və Ukraynanı ona görə saxladılar, NATO-ya qəbul etmədilər.

Bu sözləri Gürcü Arzusunun fəxri sədri Bidzina İvanişvili “İmedi” telekanalının efirində deyib.

“2008-ci ildə NATO-nun sammitində Ukrayna və Gürcüstan NATO-ya qəbul edilmədi və buna görə müxtəlif ölkələr günahlandırıldı, amma reallıq tamam başqadır: onların NATO-ya qəbulu heç də bir-iki ölkənin bloklamasına görə deyildi, əslində NATO koordinatorları Ukrayna və Gürcüstanı qəbul etmək istəmirdilər”, - o bildirib.

Onun sözlərinə görə, bu kontekstdə Qərb siyasətçilərinin Rusiya-Ukrayna müharibəsi ilə bağlı “canlı qüvvə ancaq ukraynalılardan ibarət olmalıdır” bəyanatları diqqətə alınmalıdır:

“Məhz buna görə də hər iki ölkəni, Gürcüstanı və Ukraynanı kənarda saxladılar. NATO-ya üzv olmaqdan imtinanın səbəbi bu idi. Bilirsiniz, bizim qonşuluqda çox ağır müharibə gedir; dost ölkəmiz Ukrayna çətin günlərdən keçir. 2008-ci ildə biz çox çətin dövrlər yaşayırdıq.

Bu gün Qərb siyasətçiləri tərəfindən çoxlu bəyanatlar verilir ki, onlar NATO-nun Rusiya ilə müharibəyə girməsinin qarşısını almaq üçün hər şeyi edirlər; deyirlər ki, Ukraynaya silah verəcəyik, pul verəcəyik, bütün imkanları verəcəyik, ancaq canlı qüvvə yalnız Ukraynadan olmalıdır. Bu, 2008-ci ildə planlaşdırılmışdı. Gürcüstan və Ukraynanı məhz buna görə kənarda saxladılar, NATO-ya qəbul etmədilər”

mənbə:axar