Marneulidə yol qəzası

May 24, 2026 - 16:39
 0  111
Marneulidə yol qəzası

Gürcüstanın azərbaycanlıların sıx yaşadığı Marneuli bələdiyyəsində ağır itkilərlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Xeber.ge xəbər verir ki, hadisə bu gün, mayın 24-də Marneulinin Tsopi kəndi ərazisində qeydə alınıb.

İlkin məlumatlara görə, hərəkətdə olan avtomobilin idarəetmədən çıxaraq qəzaya uğraması nəticəsində 1 nəfər hadisə yerindəcə dünyasını dəyişib.

Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan daha 4 nəfər isə təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıb. Həkimlər yaralıların vəziyyətini nəzarətdə saxlayırlar.

Gürcüstan Daxili İşlər Nazirliyindən verilən rəsmi məlumata görə, faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 276-cı maddəsi (Nəqliyyat vasitələrinin hərəkət təhlükəsizliyi və ya istismarı qaydalarının pozulması) ilə cinayət işi açılıb.

Hazırda qəzanın dəqiq başvermə səbəblərini və sürücünün sükan arxasında hansı vəziyyətdə olduğunu müəyyən etmək üçün müvafiq ekspertizalar təyin olunub, istintaq hərəkətləri davam etdirilir.