Marneulidə yol-nəqliyyat hadisəsi baş verib

Sep 11, 2025 - 21:01
 0  59
Marneulidə yol-nəqliyyat hadisəsi baş verib

Bu gün, 11 sentyabr saat 14:30 radələrində Marneulidə yol-nəqliyyat hadisəsi qeydə alınıb. Qəza 26 May və Laqidze küçələrinin kəsişməsində baş verib. İlkin məlumatlarda minik avtomobilinin yanğınsöndürən maşına çırpıldığı bildirilirdi, lakin Daxili İşlər Nazirliyi bu məlumatı təsdiqləməyib.

Hadisə şahidlərinin sözlərinə görə, xəsarət alan olmayıb. Minik avtomobilinin sürücüsünə yerində tibbi yardım göstərilib.

Hadisə yerinə patrul polisi və təcili tibbi yardım briqadaları cəlb olunub. Yol-nəqliyyat hadisəsi inzibati qaydada araşdırılır.


Qeyd: İlkin xəbərlərdə minik avtomobilinin yanğınsöndürən maşına çırpılması barədə məlumat səhv olub; əslində avtomobil qırmızı yük maşınına dəyib.

marneulifm.ge